hia.az
hia.az

Yeni müharibə? - Şimali Koreya cənuba 200 mərmi atıb, təxliyə gedir...

47 dəfə baxılıb 5-01-2024, 09:06

Yeni müharibə? - Şimali Koreya cənuba 200 mərmi atıb, təxliyə gedir...

Cənubi Koreya Sarı dənizdəki Yonpyonq adasının boşaldılmasını elan edib.

Hakimiyyət bunu KXDR tərəfindən mümkün təxribat kimi izah edib.

Məlum olub ki, Pxenyan qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb və Cənubi Koreya ordusu “cavab tədbirləri” həyata keçirir.

"Yonhap"ın səlahiyyətlilərə istinadla verdiyi məlumata görə, Seul Şimali Koreyanın hərbi təxribatının açıq əlamətləri şəraitində mülki şəxslərə sığınacaqlara təxliyyə edilməsini əmr edib. Əmr Cənubi Koreya hərbçilərinin tələbi ilə saat 12:02-də verilib və yerli vaxtla saat 12:30-da təkrarlanıb.

Cənubi Koreyanın Birləşmiş Qərargahından jurnalistlərə bildirilib ki, Şimali Koreya Yonpyonq adası yaxınlığında 200-ə yaxın atəş açıb. Mülki sakinlərdən və hərbçilərdən xəsarət alan olmayıb. Mərmilər Seulda faktiki dəniz sərhədi hesab edilən şimal demarkasiya xəttinin şimalına düşüb.

"Associated Press"in məlumatına görə, Şimali Koreya artilleriya təlimləri keçirib. Agentliyin məlumatına görə, Yonpyonq adasının boşaldılması Cənubi Koreya hərbçilərinin cavab təlimləri keçirmək planları ilə bağlıdır.

2010-cu ildə Yonpyonq adası KXDR tərəfindən atəşə tutulub. Pxenyan 170 artilleriya mərmisi atıb və nəticədə 4 nəfər həlak olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi