hia.az
hia.az

İsrail məhkəməyə verilir - Ankaradan reaksiya

96 dəfə baxılıb 4-01-2024, 08:49

İsrail məhkəməyə verilir - Ankaradan reaksiya


Türkiyə Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini müsbət qarşılayır.Yenixeber.org

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib.

“Ankara CAR-ın 1948-ci ildə qəbul edilən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” çərçivəsində öhdəliklərin pozulması ilə bağlı İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayır. İsrailin son 3 ay ərzində Qəzzada törətdiyi qətliamlar cəzasız qalmamalı və günahkarlar beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bu prosesin ən qısa zamanda müsbət tamamlanacağına ümid edirik. Buna görə də Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə Qəzzaya hücumlarını dayandırmağı tələb edən müvəqqəti qərar verməsi gözlənilir. Türkiyə bu qərarın icrasını təqib edəcək”, – XİN rəsmisi vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi