hia.az

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

87 dəfə baxılıb 5-12-2023, 10:05

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Böyük Britaniya qanuni miqrant axınını azaltmaq üçün viza və iş icazələrinin verilməsi qaydalarını sərtləşdirəcək.

Bunu Britaniyanın daxili işlər naziri Ceyms Kleverli açıqlayıb.

Ceyms Kleverlinin sözlərinə görə, bu plan sayəsində ildə qanuni miqrant axınını 300 min nəfər azaltmaq mümkün olacaq.

C.Kleverlinin təkliflərinin 2024-cü ildə qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, təkliflər iş vizası üçün müraciət edən əcnəbi işçiyə işəgötürən tərəfindən ödənməli olan minimum əməkhaqqının 50% artırılmasını nəzərdə tutur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi