hia.az
hia.az

Qaz limitinin ləğvi ilə bağlı MÜHÜM XƏBƏR - VİDEO

18 dəfə baxılıb 30-11-2023, 09:55

Qaz limitinin ləğvi ilə bağlı MÜHÜM XƏBƏR - VİDEO


Hər il qış fəsli yaxınlaşdıqca, təbii qazın limitinin ləğv edilməsi məsələsi ciddi müzakirə olunur. Çünki bir çox evdə tətbiq olunan limit keçilir, qaz və işıq üçün yüksək məbləğ ödənilir.

Bəs mövcud limit ləğv edilə və ya qiymətlər enə bilərmi? "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eldəniz Vəliyev “Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirib ki, limitin qiymətinin dəyişdirilməsi və ləğv olunması təmsil olunduğu qurumun səlahiyyətində olan məsələ deyil.

Milli Məclisin deputatı Fazil Mustafa da qaz limitinin ləğv olunmasını gündəmə gətirib. O hesab edir ki, Azərbaycanda qazın limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır.

Millət vəkili bildirib ki, əhali baha olduğuna görə qaz yandıra bilmir, ona görə də müvafiq qurumlar bu məsələyə yenidən baxmalıdırlar.

O hesab edir ki, bu məsələ qanunvericilik səviyyəsində həllini tapmalıdır. Bunun üzərində müzakilər aparılmalı, optimal həlli yolları tapılmalıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi