hia.az
hia.az

Meteohəssas insanların NƏZƏRİNƏ: Qasırğa gözlənilir

95 dəfə baxılıb 20-11-2023, 11:43

Meteohəssas insanların NƏZƏRİNƏ: Qasırğa gözlənilir

Ötən üç sutka ərzində Günəş aktivliyi normal fon səviyyəsində olub.

Noyabrın 20-dən Günəş küləyi parametrlərinin güclənməsi müşahidə oluna bilər.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, 16 noyabr tarixində baş vermiş zəif tac kütlə atılmaları (TKA) nəticəsində geomaqnit sahənin aktiv hala keçəcəyi, G1 (mülayim) səviyyəli geomaqnit qasırğasının ola biləcəyi proqnozlaşdırılır.

Noyabrın 22-dən etibarən isə geomaqnit sahənin sakit səviyyəyə qayıdacağı ehtimal olunur. Hazırda Günəş küləyinin sürəti 300-360 km/saat intervalındadır.
Dekabrın 5-də isə G1 (mülayim) səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.

Qeyd edək ki, maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 20-26 noyabr 2023-cü il tarixləri üçün 2-5 intervalında dəyişəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi