hia.az

Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək - Türkiyəli nazir

108 dəfə baxılıb 16-11-2023, 14:05

Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək - Türkiyəli nazir

Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək.

Bu sözləri Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngilanda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin toplantısı”nda çıxışı zamanı deyib.

"Zəngəzur dəhlizi yeni əlaqələr ortaya çıxaracaq və bu əlaqələr Qafqazda normallaşma üçün mühüm əhəmiyyət daşıyır. Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək bu əlaqənin həyata keçirilməsinin bütün türk dünyasını birləşdirəcək mühüm addım olacağına inanıram. Əlaqələri ilə bütün region ölkələrinə fayda verəcək Zəngəzur dəhlizinin tezliklə başa çatdırılması üçün Azərbaycanla çox sıx əməkdaşlıq edirik. Bu baxımdan, Türk dövlətlərinin Zəngilanda bir araya gəlməsini mənalı hesab edirəm", - deyə Uraloğlu bildirib.

Nazir qeyd edib ki, üzv dövlətlər arasında aviasiya əlaqələrinin yaxşılaşdırılması ilə bağlı ikitərəfli danışıqlar da aparılıb:

"Bu kontekstdə aviasiya administrasiyalarımız arasında daha tez-tez və mütəmadi görüşlərin keçirilməsi, uçuşların tezliyi və istiqamətlərinin artırılması, qarşılıqlı rahatlığın təmin edilməsi faydalı olar".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi