hia.az

Tərtərdə 24 yaşlı şəxs minaya düşdü - YENİLƏNİB

143 dəfə baxılıb 3-11-2023, 08:33

Tərtərdə 24 yaşlı şəxs minaya düşdü - YENİLƏNİB


Tərtərdə baş verən mina partlayışı ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Tərtər rayonu Borsunlu kəndi ərazisində mina partlayışı örüş yerinin yaxınlığında kənd sakininin fərdi təsərrüafatına aid heyvanlarını axtararkən baş verib.

***

08:43

Noyabrın 3-ü saat 01 radələrində Tərtər rayonunun Borsunlu kəndi ərazisində mina partlaması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Tərtər rayon prokurorluğu məlumat yayıb.

Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Əli Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xəsarəti alıb. Hazırda vəziyyəti orta ağırdı, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi