hia.az
hia.az

“Vaqner”çilər Xersonda görüntüləndilər: Yenidən müharibədə iştirak edəcəklər?

100 dəfə baxılıb 22-09-2023, 14:46

“Vaqner”çilər Xersonda görüntüləndilər: Yenidən müharibədə iştirak edəcəklər?


Rusiyanın “Vaqner” özəl hərbi şirkəti Ukraynadakı döyüş əməliyyatları bölgəsinə qayıdıb.

Bu barədə rusiyalı hərbi müxbir Yuri Kotenok “Telegram” kanalında mənbələrə istinadən məlumat verib.

Onun sözlərinə görə, özəl hərbi şirkətin döyüşçüləri Xerson vilayətində görüntüləniblər. Kotenok qeyd edib ki, bu məlumat hazırda “Gizli” qrifi altındadır. Rusiya Müdafiə Nazirliyi isə məlumatla bağlı şərh verməyib.

“Bir sıra mənbələr “Vaqner” qruplarının hazırda Xersondakı döyüş bölgəsinə gəldiyini təsdiqləyirlər. Birləşmənin hücum qoşunları sektorlar üzrə paylanırlar. Təfərrüat hələ məlum deyil, məlumat “Gizli” qrifi altında saxlanılır”, - deyə Kotenok bildirib.
Hərbi müxbir, həmçinin “Vaqner”in hazırda qələbə qazanması üçün Rusiyaya lazım olduğunu da qeyd edib.

Mənbə: News.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi