hia.az
hia.az

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edildi

96 dəfə baxılıb 18-09-2023, 15:28

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edildi

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.

Bu, Prezident İlham Əliyevin imzaladığı “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda dəyişiklik edilməsi ilə bağlı Fərmanda öz əksini tapıb.

Dəyişikliklə, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.6-cı bəndinə “şöbə müdiri,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi,” sözləri əlavə edilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi