hia.az
hia.az

Şəhid anası məktəb direktoru təyin edildi

88 dəfə baxılıb 16-09-2023, 17:30

Şəhid anası məktəb direktoru təyin edildi

Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva məktəb direktoru təyin edilib.

Şəhidin anası Tərtər rayon Talış kənd tam orta məktəbinin direktoru vəzifəsinə təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Bildirilir ki, A.Mirzəyeva daha əvvəl uzun müddət Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Rəşad Mirzəli 2020-ci il oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Gizir R.Mirzəli ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi