hia.az
hia.az

Metin Gürak və Mark Milli Suriyanı müzakirə etdi

53 dəfə baxılıb 7-09-2023, 13:00

Metin Gürak və Mark Milli Suriyanı müzakirə etdi


Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla amerikalı həmkarı ordu generalı Mark Milli arasında telefon danışığı olub.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahlar Komitəsinin sözçüsü, polkovnik Deyv Batler bildirib.

Onun sözlərinə görə, tərəflər NATO, Suriya və Şərqi Avropada təhlükəsizlik mühiti də daxil olmaqla, qarşılıqlı strateji maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

“Türkiyə NATO üzrə əsas müttəfiqdir və ABŞ onun strateji ikitərəfli münasibətlərini yüksək qiymətləndirir”, - Komitənin rəsmisi vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi