hia.az
hia.az

ÜST dünyada yayılma riski yüksək olan xəstəlik barədə bəyanat verdi

63 dəfə baxılıb 5-08-2023, 14:00

ÜST dünyada yayılma riski yüksək olan xəstəlik barədə bəyanat verdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba (xolera) xəstəliyinin dünyada yayılma riskini çox yüksək kimi qiymətləndirib.

Bu barədə təşkilatdan məlumat verilib.

2023-cü ilin əvvəlindən 25 ölkədə vəba epidemiyası qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə doqquz ölkə çoxdur.

Bildirilib ki, vəbaya yoluxma ilə bağlı son bildiriş ÜST-ə mayın ortalarında Hindistandan gəlib. Təşkilat qeyd edib ki, xəstəliyin getdikcə yayılma riski vaksinlərin və digər resursların olmamasından qaynaqlanır.

Bəzi bölgələrdə vəbanın yayılması həmçinin Qərbi Afrikada maydan oktyabr ayına qədər davam edən yağış mövsümü ilə də əlaqələndirilir. ÜST əmindir ki, ən çox Cənubi Amerikanın cənubunda, ABŞ-nin cənubunda, Afrika buynuzu və Mərkəzi Asiyada güclü yağışlara səbəb olan El-Ninyo təbiət hadisəsi bu xəstəliyin yayılmasına səbəb ola bilər.
Bundan əlavə, El-Ninyo suyun temperaturunu yüksəldir və bununla da vəba vibrionun çoxalması üçün daha əlverişli şərait yaradır. Bu eyni zamanda regionlarda yeni vəba epidemiyalarına səbəb ola bilər.

ÜST-dən verilən məlumata görə, xəstəliyin yayılması ilə bağlı ən çətin vəziyyət Afrikada müşahidə edilir. İlin əvvəlindən indiyədək Konqo Demokratik Respublikası, Kamerun, Mozambik, Somali, Efiopiya, Cənubi Afrika Respublikası və digər ölkələr daxil olmaqla 14 ölkədə vəba xəstəliyinə yoluxma halları qeydə alınıb.

Vəba - vəba vibrionlarının yaratdığı xüsusi təhlükəli yoluxucu xəstəlikdir. Bu xəstəliyin orqanizmə daxil olması çirklənmiş qida və ya su vasitəsilə baş verir.

Mənbə: Snob.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi