hia.az
hia.az

Niger hərbçiləri Prezidenti vəzifəsindən kənarlaşdırdı

92 dəfə baxılıb 27-07-2023, 08:53

Niger hərbçiləri Prezidenti vəzifəsindən kənarlaşdırdı

Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib.

Bu barədə “Reuters” agentliyi hərbçilərin milli televiziyanın efirində səsləndirdiyi bəyanata istinadən bildirib.

“Ölkə sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir”, - agentlik hərbçilərin sözlərini sitat gətirir.

Onlar, həmçinin ölkədə bütün müəssisələrin bağlandığını elan edib.

Hərbçilər hakimiyyətdən uzaqlaşdırılan şəxslərin fiziki toxunulmazlıqlarının təmin ediləcəyini bəyan ediblər.
Qiyamçılar əlavə ediblər ki, təhlükəsizliyin, iqtisadi və sosial vəziyyətin pisləşməsi səbəbindən bu sistemə son qoymağa qərar veriblər.

Ümummilli komendant saatı 19:00-dan 05:00-dək tətbiq edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi