hia.az

Rusiyada şəxsi helikopter qəzaya uğradı - iki nəfər öldü

175 dəfə baxılıb 28-11-2022, 12:34

Rusiyada şəxsi helikopter qəzaya uğradı - iki nəfər öldü


Rusiyanın Tver vilayətində şəxsi “Robinson” helikopterinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.

"Helikopter Vyazovets kəndi yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə pilot və sərnişin olub. Hər ikisi ölüb", - mənbə bildirib.

Qəzanın səbəblərinə texniki nasazlıq və pilot xətası göstərilir.

Fövqəladə Hallar Nazirliyinin rayon üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə 22 nəfər və 6 texnika göndərilib. Rusiyanın Fövqəladə Hallar Nazirliyindən doqquz nəfər və üç texnika cəlb olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi