hia.az
hia.az

Kadırov "DXR Qəhrəmanı" adına layiq görüldü

146 dəfə baxılıb 7-10-2022, 16:44

Kadırov "DXR Qəhrəmanı" adına layiq görüldü


Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin Qroznıda keçirilən mərasimdə Çeçenistan rəhbəri Ramzan Kadırova "DXR Qəhrəmanı" adı verib.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

“DXR-nin azadlığı, müstəqilliyi və firavanlığı naminə qəhrəmanlıq göstərməsi ilə bağlı Donetsk Xalq Respublikası və onun xalqı qarşısında xidmətlərinə görə Kadırov Ramzan Axmatoviçə Donetsk Xalq Respublikasının Qəhrəmanı adı verilsin,", - deyə Puşlin bildirib.

Bundan əlavə, Çeçenistan rəhbəri “Mariupolun azad edilməsinə görə” medalı ilə təltif edilib.

Bundan əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən Rusiya Qvardiyasının general-polkovniki rütbəsi alıb. 46 yaşlı Çeçenistanın rəhbəri həm də Rusiya Federasiyasının Qəhrəmanı adına və bir çox başqa mükafatlara malikdir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi