hia.az
hia.az

Ərdoğan: “Nüvə müharibəsinin qarşılığı fəlakətdir”

197 dəfə baxılıb 29-09-2022, 11:00

Ərdoğan: “Nüvə müharibəsinin qarşılığı fəlakətdir”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Bunu dövlət başçısı “CNN Türk”də canlı yayım zamanı bildirib.

Ərdoğan Rusiyanın təşkil etdiyi “referendum”ları qiymətləndirərək onların bölgədəki vəziyyəti çətinləşdirdiyini deyib.

Türkiyə Prezidenti həmçinin mümkün nüvə müharibəsi ehtimalına da toxunub və bunun fəlakət olacağını vurğulayıb.

“Bu haqda danışmağı ağlına belə gətirməməlisən. Ümid edirəm ki, bu məsələni heç vaxt gündəmə gətirmədən diplomatiya yolu ilə həll etmək ən düzgün addım olardı”, - deyə Ərdoğan əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi