hia.az
hia.az

Bakıda binanın damında son bir ayda ikinci yanğın baş verib - YENİLƏNİB

610 dəfə baxılıb 6-03-2020, 08:45

Bakıda binanın damında son bir ayda ikinci yanğın baş verib - YENİLƏNİB

Bakının Nəsimi rayonunda, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında növbəti dəfə yanğın baş verib.

Parlamentinsesi.Az APA-ya istinadən bildirir ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər görülür. Yanğının binada yaşayan ruhi-əsəb xəstəsi tərəfindən törədildiyi deyilir.

Qeyd edək ki, yanğınla əlaqədar ətraf küçələrdə hərəkət məhdudlaşdırılıb.

Xatırladaq ki, bu, sözügedən binada qeydə alınmış ilk yanğın deyil, bundan əvvəlki yanğın fevral ayının 20-də qeydə alınmışdı.

---------
09:44

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ümumi sahəsi 810 m² olan dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi