hia.az
hia.az

"Rusiya 400-ə yaxın beynəlxalq müqaviləni pozub" - Zelenski

197 dəfə baxılıb 10-06-2022, 17:50

"Rusiya 400-ə yaxın beynəlxalq müqaviləni pozub" - Zelenski


Ukraynaya qarşı səkkiz illik müharibə zamanı Rusiya Federasiyası 400-ə yaxın beynəlxalq müqaviləni pozub.

Bunu Ukrayna prezidenti Volodimir Zelenski Kopenhagen Demokratik Sammitinin iştirakçıları qarşısında çıxışı zamanı deyib.

"Söz həmişə qanunun əsasıdır. Bu, həmişə müqavilənin əsasını təşkil edir. Konvensiyalar, nizamnamələr, bəyannamələr və təbii ki, memorandumlar... Yalnız Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi zamanı xatırladıram ki, fevralın 24-dən deyil, 2014-cü ildən bəri Rusiya dövlətlərimizin qoşulduğu dörd yüzə yaxın müxtəlif beynəlxalq müqaviləni pozub. Rusiya dövləti ATƏM-in 1975-ci il Yekun Aktını, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasını, Avropa Şurasının Nizamnaməsini və b. hüquqları, nizamnamələri pozub", - prezident vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi