hia.az
hia.az

Ermənistanda həkimlər kütləvi tətil elan etdi

252 dəfə baxılıb 2-11-2021, 15:32

Ermənistanda həkimlər kütləvi tətil elan etdi

Ermənistanın paytaxtı İrəvanda təcili tibbi yardım əməkdaşları kütləvi tətilə başlayıblar.

Parlamentinsesi.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar əməkhaqlarının az olmasına etiraz edirlər.

Həkimlər maaşlarının artırılması ilə bağlı zəmanət verilməyənədək aksiyanı dayandırmayacaqlarını söyləyiblər.

Təcili tibbi yardımın sürücülərindən biri Sejik Qasparyanın sözlərinə görə, son aylar zənglərin sayı iki dəfə artsa da, maaşlar olduğu kimi qalıb. S.Qasparyan bildirib ki, onlar gün ərzində orta hesabla 17 çağırışa cavab vernəli olduqları halda, indi zənglərin sayı otuza çatıb. Onların aylıq maaşı isə təxminən 111300 dram (210 dollardır).

Hazırda təcili yardım işçiləri zənglərin böyük əksəriyyətini qəbul etmirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi