hia.az
hia.az

"Saakaşvilinin həbsi beynəlxalq qalmaqalla yekunlaşa bilər" - Zelenski

289 dəfə baxılıb 2-10-2021, 13:50

"Saakaşvilinin həbsi beynəlxalq qalmaqalla yekunlaşa bilər" - Zelenski

"Prezident Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti və Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin saxlanılması və Gürcüstanda səsləndirilən "bəyanatların tonu" ilə bağlı narahatdır".

Bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.

"Ukraynanın Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin həbsi ilə bağlı xəbərləri yaxından izləyirik. Prezident Vladimir Zelenski bu cür xəbərlərdən və Gürcüstanda vəziyyətin mümkün inkişafı ilə bağlı səsləndirilən bəyanatların tonundan narahatdır. Ukrayna vətəndaşı ilə bağlı bu addımın bütün səbəblərinin izahı üçün Gürcüstan tərəfinə müraciət edir. Ukraynanın Gürcüstandakı səfirliyi hələ də saxlanılma ilə bağlı rəsmi məlumat almayıb", - deyə Nikiforov qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi