Kabildəki partlayışda Rusiya səfirliyinin iki əməkdaşı həlak oldu - Yenilənib
Rusiyanın Kabildəki səfirliyinin yaxınlığında partlayış baş verib.
Bu barədə məlumatı “Al Arabiya” telekanalı yayıb.
Məlumata görə, bir terrorçu Dar-ul-Aman küçəsində öz üzərinə yerləşdirilmiş partlayıcı qurğunu işə salıb.
Bununla yanaşı, “Taliban” hökumətinin tərəfdarlarının insidentdən əvvəl sözügedən şəxsə atəş açdığı da bildirilir.
Hadisənin digər detalları açıqlanmayıb.
***
Əfqanıstanın “Peshgo News” agentliyinin məlumatına görə, partlayış nəticəsində 20-dən çox insan həlak olub.
İnsident nəticəsində yaralıların da olduğu bildirilir. Qeyd olunub ki, partlayış rusiyalı diplomatın Əfqanıstan vətəndaşlarının sənədləri üçün binadan çıxdığı zaman baş verib.
***
Rusiya XİN-in məlumatına görə, partlayış nəticəsində Rusiya səfirliyinin iki əməkdaşı həlak olub.
Bu gün, 11:36 Taleh Kazımov: "9 ayda milli ödəniş sistemi ilə əməliyyatlar ÜDM-i 8,5 dəfə üstələyib"