hia.az

ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib

13 dəfə baxılıb 29-01-2026, 15:17


ABŞ səfirliyi “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Bu barədə səfirliyin sosial şəbəkə hesabında təbrik mesajı yerləşdirilib.

"ABŞ səfirliyi “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının "play-off" mərhələsinə yüksəlməsi münasibətilə səmimi qəlbdən təbrik edir. Bu, Azərbaycan futbolu tarixində ilk belə nailiyyətdir! Bu uğur Avropanın ən mötəbər futbol səhnəsində nümayiş etdirilən əzmkarlığın, yüksək intizamın və peşəkar ustalığın nəticəsi olan ardıcıl güclü çıxışların məntiqli yekunudur.

ABŞ iyun ayında FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşarkən, idmanın insanları bir araya gətirmək, sərhədləri və mədəni fərqləri aşmaq kimi bənzərsiz gücünü bir daha xatırlayır. Dünyanın dörd bir yanında azarkeşlərə futbolun sevincini yaşadan daha çox unudulmaz anların olacağına inanırıq!", - qeyd edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi