hia.az
hia.az

Bakıda külək “TIR”ı aşırdı, sürücünün qolu kəsildi

230 dəfə baxılıb 24-05-2022, 11:38

Bakıda külək “TIR”ı aşırdı, sürücünün qolu kəsildi


Bakı-Qazax şossesində güclü külək qəzaya səbəb olub.

Parlamentinsesi.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dairəvi yolunda qeydə alınıb.

Belə ki, İran İslam Respublikasının vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlu idarə etdiyi "MAN" markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib.

Bu zaman ağır tonnajlı yük avtomobili aşıb.
Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi