hia.az

Nikol Şoltsa da eyni sözləri dedi: Əliyevlə danışmağa hazıram

115 dəfə baxılıb 9-09-2023, 14:28

Nikol Şoltsa da eyni sözləri dedi: Əliyevlə danışmağa hazıram


Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu vurğulayıb.

Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

O, 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə edilmiş razılaşmalar əsasında bütün məsələlərin yalnız diplomatik yollarla və konstruktiv atmosferdə həllinə sadiqliyini təsdiqləyib.

O.Şolts isə öz növbəsində qeyd edib ki, o, regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazırdır.

Qeyd edək ki, Paşinyan bu gün buna qədər artıq Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlara hazır olduğunu bildirmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi