hia.az
hia.az

Bakıdakı vəzifəsindən çıxdı, Naxçıvanda nazir təyin edildi

90 dəfə baxılıb 8-09-2023, 10:58

Bakıdakı vəzifəsindən çıxdı, Naxçıvanda nazir təyin edildi

Naxçıvan Muxtar Respublikasında rabitə və yeni texnologiyalar naziri təyin edilib.

Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Rahid Ələkbərli bu vəzifəyə təyin olunub.

Bildirilib ki, Rahid Ələkbərli əslən Şahbuz rayonundandır. O, yeni təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.

R.Ələkbərli daha əvvəl ADA Universitetində informasiya texnologiyaları və sistemləri üzrə rəhbər, 2018–2021-ci illərdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəhbəri, 2021-ci ilin martından 2022-ci ilin yanvarına qədər nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri, 2022-ci ildə təsis edilən Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) İdarə Heyətinin sədri kimi də fəaliyyət göstərib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi