hia.az

Bakıda kişi keçmiş arvadının maşınını qaçırarkən mağazaya çırpdı - Video

150 dəfə baxılıb 7-09-2023, 15:00

Bakıda kişi keçmiş arvadının maşınını qaçırarkən mağazaya çırpdı - Video


Ötən gecə Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Hadisə Hüseynbala Əliyev küçəsi 5 ünvanında baş verib.

Guşbər Feyziyeva metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib. Mübahisə zamanı Ceyhun Guşbərə məxsus "Hyundai” markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib. Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına düşüb.

Hadisəni törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb. Qadın polisə müraciət edib.

Əraziyə yanacaq dağıldığına görə FHN-in DYMX-nin əməkdaşları, o cümlədən polislər cəlb edilib. Zərərçəkən dükan sahibi mağazaya təxminən 10 min manat ziyan dəydiyini bildirib.


APA


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi