hia.az

Məhkəmə Eydelşteyni Jirinovskinin oğlu kimi tanımadı

100 dəfə baxılıb 10-08-2023, 17:18

Məhkəmə Eydelşteyni Jirinovskinin oğlu kimi tanımadı

Moskvada Nikulinski Rayon Məhkəməsi Oleq Eydelşteyni Vladimir Jirinovskinin oğlu kimi tanımayıb.

Parlamentinsesi.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat məhkəmə materialında dərc olunub.

Özünü 2022-ci ilin aprelində vəfat edən siyasətçi Jirinovskinin qeyri-qanuni oğlu hesab edən Oleq Eydelşteyn məhkəməyə müraciət edərək atalıq faktının müəyyən edilməsini istəyib.

İddia edilirdi ki, Eydelşteyn Jirinovskinin mirasına sahib çıxmaq istəyir.

LDPR Eydelşteynin iddiasını şərh etməkdən imtina edib.

Fevral ayında Moskvanın Tversk məhkəməsi Eydelşteyni "hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamaqla bağlı xırda xuliqanlıq etdiyinə görə" 15 sutkalıq inzibati həbsə göndərib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi