hia.az

Rusiya 50 ildən sonra Aya missiya göndərir: Bölgədə təxliyəyə hazırlıq gedir

116 dəfə baxılıb 8-08-2023, 13:40

Rusiya 50 ildən sonra Aya missiya göndərir: Bölgədə təxliyəyə hazırlıq gedir


Rusiya, demək olar ki, 50 ildən sonra ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində avqustun 11-də ölkənin uzaq şərqindəki bir qəsəbəni boşaldacaq.

Rusiyanın “Roskosmos” Kosmik Agentliyinin məlumatına görə, 1976-cı ildən bəri ilk dəfə Aya kosmik gəmi göndərmək missiyası çərçivəsində “Lunar-25” Aya eniş aparatı Moskvadan təxminən 5550 kilometr şərqdə yerləşən “Vostoçnıy” kosmodromundan buraxılacaq.

Kosmik gəminin buraxılacağı ərazidən cənub-qərbdə yerləşən, Rusiyanın Xabarovsk vilayətindəki Şaxtinski yaşayış bölgəsində yaşayan sakinlər avqustun 11-də səhər saatlarında ərazidən təxliyə ediləcəklər. Belə ki, raket sürətləndiricilərin cihazdan qopduqları zaman məhz bu əraziyə düşəcəyi ehtimal edilir.

“Roskosmos” qeyd edib ki, “Lunar-25” Ayın cənub qütbünə enən ilk cihaz olacaq. Cihazın Ay səthində bir il qalacağı gözlənilir.
Missiyanın əsas hədəfləri sırasında yumşaq eniş texnologiyalarının inkişaf etdirilməsi, Ayın daxili quruluşunun öyrənilməsi və su mənbələrin axtarışı kimi məsələlər yer alır.

Mənbə: Haber Global


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi