hia.az

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

104 dəfə baxılıb 22-07-2023, 17:26

Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

İctimai fəal Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı bağlı təqdimata baxılıb.

Xətai Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs və vəkili həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş ediblər.

Qərara əsasən irihəcmli iş üzrə təqdimat təmin edilib, B.Hacıyevin həbsdə saxlama müddəti 2 ay 10 gün uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən ilin dekabr ayında həbs edilib. Ona qaraşı Cinayət Məcəlləsinin 221.2.2 (xuliqanlıq), 289.1(məhkəməyə hörmətsizlik etmə), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 320.1 (rəsmi sənəd saxtalaşdırma), 320.2 (bilə-bilə saxta sənədlərdən istifadə etmə) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi