hia.az
hia.az

Paralimpiya Komitəsinin iclası çağırıldı - Yeni rəhbər seçiləcək

125 dəfə baxılıb 19-07-2023, 12:32

Paralimpiya Komitəsinin iclası çağırıldı - Yeni rəhbər seçiləcək


Azərbaycan Milli Paralimpiya Komitəsinin növbədənkənar iclasının gündəliyi açıqlanıb.

Komitədən verilən məlumata görə, iyulun 24-də keçiriləcək ümumi yığıncaqda bəzi məsələlər müzakirə olunacaq.

İlqar Rəhimovun prezident vəzifəsindən istefasının təsdiqinin ardından yeni rəhbər seçiləcək. Həmçinin, qurumun vitse-prezidentləri ilə bağlı seçki olacaq.

Gündəlikdəki digər məsələ Milli Paralimpiya Komitəsinin Nizamnaməsində müəyyən əlavə və dəyişikliklərin edilməsidir.

Qeyd edək ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında təşkil olunacaq növbədənkənar ümumi yığıncaq saat 11:00-da başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi