hia.az
hia.az

Əli Əliyev işdən çıxarıldı

70 dəfə baxılıb 17-06-2023, 14:52

Əli Əliyev işdən çıxarıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Əli Əliyev işdən çıxarılıb.

Bu barədə QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.

“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, - QMİ-nin məlumatında vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo”da Ə.Əliyevlə bağlı yazı yayımlanmışdı. Yazıda bildirilirdi ki, Ə.Əliyev uzun illər QMİ nümayəndəsi kimi Gürcüstan ərazisində Acarıstan da daxil olmaqla bütün müsəlmanların (həm sünni, həm də şiə) məsələlərinin idarə olunmasına cavabdeh olsa da, daima öz merkantil maraqlarını güdüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi