hia.az
hia.az

Kiyevdən Kremlə PUA hücumuna REAKSİYA - YENİLƏNİB + VİDEO

43 dəfə baxılıb 3-05-2023, 21:08

Kiyevdən Kremlə PUA hücumuna REAKSİYA - YENİLƏNİB + VİDEO


“Ukrayna dövlətinin müharibədə qarşısına qoyduğu məqsəd Moskvaya hücumlar deyil, işğal olunmuş ərazilərin azad edilməsidir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov “BBC News”a Moskvada gecə baş verən insidentlə bağlı şərh verərkən deyib.

“Bizim gecə Kremlə qarşı hücum adlandırılan hərəkətlər barədə hər hansı məlumatımız yoxdur. Lakin Prezident Zelenskinin dəfələrlə qeyd etdiyi kimi, Ukrayna əlində olan bütün qüvvə və vasitələri başqalarına hücum etməyə deyil, öz ərazilərini azad etməyə yönəldir” , - deyə Sergey Nikiforov qeyd edib.

O həmçinin qeyd edib ki, Rusiyanın çoxmərtəbəli yaşayış binalarına raket hücumlarından fərqli olaraq, Moskvada baş verənləri terror hücumu hesab etmək olmaz.

“Moskvada baş verənlər açıq-aydın 9 may ərəfəsində vəziyyətin gərginləşməsidir”, - deyə Nikiforov əlavə edib.

16:26

“Rusiya Prezidenti Vladimir Putin Ukrayna PUA-larının hücum cəhdi zamanı Kremldə olmayıb”.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Rəsmi Kreml Kiyevi Rusiya prezidentinə sui-qəsd cəhdində ittiham edib.
“Rusiya tərəfi lazım bildiyi yer və zamanda cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, - deyə D.Peskov qeyd edib.

16:11

Ötən gecə Rusiya prezidentinin Kremldəki iqamətgahına pilotsuz uçuş aparatları ilə zərbə endirilməsinə cəhd olub.

Bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.

Hadisə dövlət başçısı Vladimir Putinə Kiyev tərəfindən sui-qəsd cəhdi kimi qiymətləndirilib.

Elektron müdafiə sistemlərindən istifadə etməklə vaxtında görülən tədbirlər nəticəsində pilotsuz uçuş aparatları sıradan çıxarılıb.

Kremlin Mətbuat Xidmətindən əlavə edilib ki, Moskva Kiyevin Kremlə zərbə endirmək cəhdinə “harada və nə vaxt” cavab vermək hüququnu özündə saxlayır.

Mənbə: İzvestiya


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi