hia.az

İtaliya Prezidenti: “Ukrayna ən qısa zamanda Aİ-yə daxil olacaq”

119 dəfə baxılıb 27-04-2023, 14:20

İtaliya Prezidenti: “Ukrayna ən qısa zamanda Aİ-yə daxil olacaq”


Ukrayna Avropa İttifaqına üzvlük meyarlarına cavab vermək üçün islahatlar aparır. Ölkənin birliyə daxil olması yaxın gələcəkdə baş tuta bilər.

Bunu İtaliya prezidenti Sercio Mattarella Romada Ukraynanın baş naziri Denis Şmıqalla görüşündə deyib.

“İtaliya Ukraynanın ən qısa zamanda Avropa İttifaqına qoşulacağına qəti əminliyini ifadə edir”, - deyə o, Ukrayna hökumətinin üzvlük parametrlərinə riayət etmək üçün islahatlar yoluna sadiqliyini qeyd edib.

Mattarella həmçinin Ukraynanı “bütün sahələrdə və lazım olan müddətə” dəstəkləyəcəyinə zəmanət verib.
Görüşdə həmçinin nüvə təhlükəsizliyi, yenidənqurma və sülh danışıqları məsələləri müzakirə olunub.

Mənbə: rbc.ua


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi