hia.az
hia.az

İrəvanda Avropa çempionu olan türkiyəli atletlər Bakıya gəlir

117 dəfə baxılıb 26-04-2023, 18:29

[medium]https://www.xeberler.org/uploads/posts/2023-04/1682508503_1682508148_qizlar.jpg[/medium]


Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizə dəvət olunan idmançılar sabah Bakıya gələcək.

Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir.

Qonaqların yer aldığı təyyarə sabah saat 16.10-da Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Türkiyəlilərin qarşılanma mərasimi təşkil olunacaq.

Səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi