hia.az

Ermənistanın ombudsmanı saxlanılan hərbçilərimizlə görüşüb

104 dəfə baxılıb 17-04-2023, 12:50

Ermənistanın ombudsmanı saxlanılan hərbçilərimizlə görüşüb


Ermənistanın ombudsmanı Anait Manasyan dumanda azaraq bu ölkəyə keçən və ağır işgəncələrə məruz qalan əsgərlərimiz - Hüseyn Axundov və Aqşin Bəbirovla görüşüb.

Parlmentinsesi.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İnsan Hüquqları Müdafiə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Manasyan iddia edib ki, əsgərlərimiz işgəncə və pis rəftarla bağlı şikayət etməyiblər. O, hərbçilərimizin saxlanma şəraiti ilə tanış olub.

Ombudsmanı aparatın mütəxəssis həkimi müşayiət edib.

Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçimizin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Sisianın Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Digər hərbçimiz isə Zəngəzur bölgəsində tutulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi