hia.az

Rafael Dağlı ağır qəzaya düşdü - Video

130 dəfə baxılıb 6-04-2023, 14:19

Rafael Dağlı ağır qəzaya düşdü - Video

Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) qəzaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bir neçə gün öncə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, musiqiçi idarə etdiyi “Range Rover” markalı avtomobillə idarəetməni itirərək maşını yol kənarına aşırıb.

Məsələ ilə bağlı saytımıza danışan klarnetçi bildirib ki, Şabrana nənəsinin yas mərasiminə gedirmiş: “Gecə saatları idi. Anidən dumana düşdüm, yolu görə bilmədim. Sən demə, orada döngə var imiş. Sürətim elə də çox deyildi. Həm duman, həm gecə vaxtı olması səbəbindən yolu görə bilmədim. İdarəetməni itirdim və maşın yoldan çıxaraq bir neçə dəfə çevrildi.

Avtomobildə iki nəfər idik. Yanımdakı şəxsə heç nə olmadı. Özüm isə xəsarətlər aldım, qolum sındı. Xəstəxanada əməliyyat olundum. Əməliyyat 5 saata yaxın davam edib. Hazırda evdəyəm, müalicəm davam edir, səhhətim yaxşıdır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi