hia.az

Şəhid ailələri və veteranlar üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayır

136 dəfə baxılıb 31-03-2023, 19:03

Şəhid ailələri və veteranlar üçün yeni “Çağrı Mərkəzi” fəaliyyətə başlayır


Aprelin 1-dən Səhiyyə Nazirliyinin müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə 9109 qısa nömrəli “Çağrı Mərkəzi” fəaliyyətə başlayır.

Müharibə veteranlarına və şəhid ailələrinə göstərilən psixoloji dəstəyin təkmilləşdirilməsi, tibbi reabilitasiya xidmətlərinin mütəmadiliyinin təmin edilməsi, sahəvi fəaliyyətlərin digər dövlət qurumları ilə koordinasiyalı şəkildə təşkili məqsədilə Səhiyyə Nazirliyinin 9109 qısa nömrəli “Çağrı Mərkəzi” yaradılıb.

“Çağrı Mərkəzi”nə daxil olan müraciətlərin operativ şəkildə həlli məqsədilə aidiyyəti dövlət qurumları ilə inteqrasiya olunmuş “Müharibə veteranları və şəhid ailələrinə psixoloji yardım və tibbi reabilitasiya üzrə Vahid Nəzarət Platforması” formalaşdırılıb.

9109 “Çağrı Mərkəzinə” müraciətlər həftənin bütün günləri, günün istənilən vaxtında qəbul olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi