hia.az
hia.az

Ermənilərin Qarabağa sonuncu alternativ yolu da BAĞLANDI

109 dəfə baxılıb 27-03-2023, 19:51

Ermənilərin Qarabağa sonuncu alternativ yolu da BAĞLANDI


Azərbaycan Ordusunun 25 mart tarixində qanunsuz erməni hərb birləşmələrinə qarşı gördüyü əlavə tədbirlər nəticəsində, separatçıların silah-sursat daşıdığı torpaq yol da nəzarətə götürülüb.

Sarıbaba dağı ətrafındakı 2054 metr hündürlüyündə yüksəkliyin nəzarətə götürülməsindən sonra, Turşsu-Xəlfəli yolu separatçıların hərəkəti üçün tamamilə bağlanıb.

Qeyd edək ki, sözügedən torpaq yol vasitəsilə qanunsuz erməni birləşmələri 25 mart tarixinə qədər Rusiya sülhməramlı kontingentinin gözü qarşısında Ermənistandan Xankəndinə canlı qüvvə ilə hərbi vasitələr daşıyırdı.

Erməni KİV iddia edir ki, sözügedən yol Qarabağla Ermənistan arasındakı yeganə dağ-meşə yolu idi və hazırda faktiki olaraq ermənilərin Qarabağa alternativ yolu yoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi