hia.az
hia.az

"Azərbaycandakı inflyasiya əsasən idxal edilib" - Əli Əsədov

115 dəfə baxılıb 17-03-2023, 15:12

"Azərbaycandakı inflyasiya əsasən idxal edilib" - Əli Əsədov


"İnflyasiya son illərdə bütün dünyada ciddi problemə çevrilib. O cümlədən, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiya templərinin artması müşahidə edilmiş, orta illik inflyasiya 20,4% olub. Bu proses ölkə daxilində qiymətlərin ümumi səviyyəsinin artmasına da təsir göstərib".

Bunu Milli Məclisdə çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib: "Xüsusilə ərzaq qiymətləri idxal vasitəsilə daxili ərzaq inflyasiyasına ciddi təsir göstərib. İdxal olunan məhsulların illik qiymət indeksinin artımı 22%-dən çox olub. Azərbaycandakı inflyasiya əsasən idxal edilmiş inflyasiyadır. Buna baxmayaraq, yüksək neft qiymətləri şəraitində tədiyə balansının profisitli olması, valyuta bazarında tarazlıq, qəbul edilmiş makro-fiskal çərçivə parametrləri və monetar şərait inflyasiya təzyiqlərini nisbətən məhdudlaşdırıb".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi