hia.az
hia.az

Türkiyədəki zəlzələ Bakıda həyət evlərinin qiymətini ARTIRDI

56 dəfə baxılıb 23-02-2023, 16:04

Türkiyədəki zəlzələ Bakıda həyət evlərinin qiymətini ARTIRDI


"Həyət evlərinin qiymətində artımlar müşahidə olunur. Bu, fantastik deyil, nisbi artımdır".

Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. O bildirib ki, hazırda daşınmaz əmlak bazarında qiymətlər artır:

"Mənzil bazarında artıma doğru meylləri var. Bu da ucuz, qeydiyyatda olan mənzillərin təklif portfelinin məhdud olması ilə bağlıdır. Bu istiqamətdə araşdırmalar davam edir. İndi mənzil bazarı üçün aktiv dövrdür və qiymət artımlarını müşahidə edirik. Mənzillərin qiymətində artımlar gözlənilir. Bu, fərdi yaşayış evlərində qeydə alınacaq artımdan daha yuxarı olacaq".

Türkiyədə baş verən zəlzələdən sonra həyət evlərinin qiymətində hansısa dəyişikliyin olmasına gəlincə, ekspert bildirib ki, bu cür hadisələr zamanı psixoloji faktların təsiri nəticəsində fərdi evlərdə məskunlaşma ilə bağlı ictimai rəy formalaşır:

"Fikirlər daha çox buna yönəlir ki, fərdi yaşayış evləri daha təhlükəsizdir. Bu, qısamüddətli dövrü əhatə edən fikirdir. Bir müddətdən sonra ictimai rəydə yaranan bu fikir aradan qalxacaq və həyat öz axarına düşəcək. Zəlzələlər zamanı bu kimi məsələlər müzakirə olunub. Bir müddətdən keçdikdən sonra bu məsələ aradan qalxıb. İndi də belə fikirlərin ortaya çıxması başadüşüləndir. Qısamüddətli dövr üçün Azərbaycanda da fərdi yaşayış evlərinə olan maraq artacaq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi