hia.az
hia.az

Yardımı ilə gündəm olan Sərvər Türkiyəyə göndərilir - VİDEO

118 dəfə baxılıb 11-02-2023, 14:07

Yardımı ilə gündəm olan Sərvər Türkiyəyə göndərilir - VİDEO


Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirli Türkiyəyə göndəriləcək.

Parlamentinsesi.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, S.Bəşirli növbəti dəfə yardım aparan zaman həmin məkanda türkiyəli iş adamları ilə görüşüb. “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin sədri Hüseyn Büyükfırat həmyerlimizə bildirib ki, o, Türkiyənin Adıyaman şəhərində yardımla bağlı işlərdə iştirak edə bilər.

Məlumata görə, Adıyamanda Azərbaycandan göndərilən yardımların paylanması ilə bağlı mərkəz yaradılacaq: “Sərvər qardaşımızı da 1-2 gün içərisində orada çalışması üçün göndərəcəyik”.

Qeyd olunur ki, Sərvər Bəşirli daha əvvəl “Anadolu” agentliyinin müxbirinə verdiyi açıqlamasında Türkiyədə zəlzələ bölgəsinə gedib könüllü olaraq yardım etmək istədiyini bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi