hia.az

DİN-dən İranın casus şəbəkəsinə qarşı əməliyyat: 39 nəfər saxlanıldı

149 dəfə baxılıb 1-02-2023, 14:49

DİN-dən İranın casus şəbəkəsinə qarşı əməliyyat: 39 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.

Parlamentinsesi.az Report-a istinadən xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.
DİN-dən İranın casus şəbəkəsinə qarşı əməliyyat: 39 nəfər saxlanıldı
DİN-dən İranın casus şəbəkəsinə qarşı əməliyyat: 39 nəfər saxlanıldı
DİN-dən İranın casus şəbəkəsinə qarşı əməliyyat: 39 nəfər saxlanıldı



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi