hia.az

Yaxın qohumları tərəfindən şantaj olunan qadın intihara cəhd etdi

136 dəfə baxılıb 9-12-2022, 12:56

Yaxın qohumları tərəfindən şantaj olunan qadın intihara cəhd etdi


Gəncədə özünü körpüdən atmaq istəyən qadını polislər xilas ediblər.

Gəncə çayı üzərindəki körpüdən özünü atmaq istəyən şəxs 1990-cı il təvəllüdlü, Gəncə şəhər sakini T.Abdullayevadır.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov hadisə ilə bağlı saytımıza açıqlama verib:

“Həmin ərazidə xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları dərhal xanımın intihar cəhdinin qarşını alıb, onunla profilaktiki söhbətlər aparıblar.

İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib.

Hazırda şəhər prokurorluğunda araşdırma aparılır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi