hia.az
hia.az

Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident

6 dəfə baxılıb 23-11-2022, 09:57

Məclisə girib masaları çevirdilər - Bakıda toyda insident


Bakının Binə qəsəbəsində yerləşən şadlıq sarayında keçirilən toy mərasimində insident baş verib.

Hadisə noyabrın 19-da, axşam saat 22 radələrində qeydə alınıb. Qəsəbədəki şadlıq evində keçirilən toy mərasimi zamanı 2 nəfər mərasimə müdaxilə edib. Belə ki, 1995-ci il təvəllüdlü V.Abdullayev və həmyaşıdı N.Quliyev masaları çevirərək qab-qacaqları sındırmağa başlayıblar. Onların bu əməlindən sonra toy vaxtından əvvəl başa çatdırılıb.

Şadlıq evinin sahibi, 1971-ci il təvəllüdlü X.Baxşıyev baş vermiş hadisə və ona dəymiş ziyanla bağlı ərazi üzrə polis şöbəsinə müraciət edib.

Müraciətlə bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi