hia.az
hia.az

“İrəvanla Bakı arasında danışıqlar üçün çalışmağa davam edəcəyik”

154 dəfə baxılıb 2-11-2022, 13:42

“İrəvanla Bakı arasında danışıqlar üçün çalışmağa davam edəcəyik”


“ABŞ Ermənistanla Azərbaycan arasında sülh və danışıqların bərqərar olmasına sadiqdir”.

Parlamentinsesi.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

“Hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və tərəflərin istədiyi davamlı sülhə nail olmaq üçün açar rolunu oynayır. Beləliklə, Ermənistan və Azərbaycan arasında ikitərəfli əsaslarda danışıqlara töhfə vermək üçün növbəti aylarda tərəfdaşlarımızla, eləcə də çoxtərəfli təşkilatlar çərçivəsində işləməyə davam edəcəyik. İki ölkə arasında davamlı sülhə nail olmaq üçün daha faydalı hesab etdiyimizi edəcəyik”, - deyə Prays qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi