hia.az
hia.az

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşdü

1 087 dəfə baxılıb 15-01-2015, 13:36

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşdü

Bu gün Türkiyədə dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşüb.

APA-nın Ankaraya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlər müzakirə olunub.

Prezidentlə baş nazir iki ölkə arasında iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlıq olduğunu vurğulayıb, həyata keçirilən layihələrin əhəmiyyətdən danışıblar.

Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı müzakirə aparılıb və layihənin önəmi vurğulanıb.

Eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışılıb, münaqişnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirilib.

Həmçinin Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi də qeyd edilib, iki ölkə arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
.

Görüşdən sonra Azərbaycan prezidenti ilə Türkiyənin baş naziri birgə nahar ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi