hia.az
hia.az

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...

20 dəfə baxılıb 24-09-2022, 08:30

"İstəyirsən, ucdantutma bütün məhsullara ƏDV-ni ləğv et, yenə də qiymət dəyişməyəcək" - Ekspert BELƏ DEYİR...


Mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı vergi güzəştləri – mövsümi vergilər tətbiq edilə bilər. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında bildirilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qeyd edib ki, mövsümi fəaliyyət göstərən subyektlərlə bağlı güzəştlərin edilməsi məsələsinə baxılır. S.Musayeva bildirib ki, bununla bağlı məsələ sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində də baxılır: “Bu məsələdə sahibkarların da təklifi nəzərə alınır, xüsusilə mövsümi vergilərin tətbiqi ilə bağlı sahibkarların təkliflərinə baxılacaq”.

“Mövsümi fəaliyyət göstərən subyektlər” deyildiyində ağla ilk gələn fermer təsərrüfatları, meyvə-tərəvəz yetişdirənlər, çimərlik mövsümündə dəniz kənarında fəaliyyət göstərən obyektlər olur. Bir az da dərinə getsək, məsələn, məktəb bazarlığı dövrünü, ənənəvi bayramlarda yarmarkalarda çalışanları, hətta məlum aylarda toya həsrət qalan şadlıq saraylarını da əlavə edə bilərik. Bu sadaladıqlarımız obyektlərin sahibləri və orada çalışanlar da özlərini “mövsümi işçi” hesab edə bilər. Hərçənd mövsümdənkənar vaxtlarda şadlıq sarayları, dəniz kənarında yerləşən obyektlər də qaz vurub qazan doldurur, az qazanclı dövrlərinin hesabını da “sezon” qiymətlərinə “kəsir”.

Parlametinsesi.az -ın məlumatına görə, iqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, mövsümi fəaliyyət göstərən subyektlərə vergi güzəştlərindən söhbət gedirsə, əlbəttə, bu, ilk növbədə kənd təsərrüfatı sektoruna şamil edilməlidir:

- Əgər mövsümi fəaliyyətdən danışırıqsa, ilk növbədə kənd təsərrüfatında çalışanlar, fermerlərə bu güzəştlər şamil olunmalıdır. Əkinçilik, bostançılıqla məşğul olanlar, meyvə-tərəvəz yetişdirənlər ilin müəyyən fəsillərində aktiv çalışır, məhsullarını bazara çıxara bilir.

Ona görə də bu sektorda vergi güzəştləri mütləq olmalıdır. Qaldı, digər sahələr, mövsümi fəaliyyət göstərən iaşə obyektləri onların da mənfəət gəlirləri düzgün hesablanmalıdır. Bizdə əsas problem ölçü vahidinin düzgün hesablanmamasıdır. Baxın, bir millət vəkili deyir ki, ərzaq məhsullarının üzərindən əlavə dəyər vergisi götürülsün. Sual verirəm; məgər belə olarsa, ərzaq məhsullarındakı qiymət artımının qarşısı alınacaq? Çörəyə ƏDV tətbiq edilmir, yumurtaya, toyuq ətinə də ƏDV yoxdur.

Bəs niyə qiymət qalxır? Digər məhsullar da belə olacaq. İstəyirsən, ucdantutma, bütün məhsullara ƏDV-ni ləğv et, yenə də vəziyyət dəyişməyəcək, qiymət düşməyəcək. Ləğv edilmiş vergiyə görə əldə ediləcək mənfəət fərqi yenə də kimlərinsə cibinə gedəcək, sadə vətəndaş bundan xeyir görməyəcək. Çünki süni, subyektiv bahalaşmanın qarşısının alınması vergidən asılı deyil. Bunun açarı azad, rəqabətyönümlü bazarın mövcudluğudur. Bu gün, tutaq ki, mən Fuad İbrahimova ölkəyə toyuq məhsullarının gətirilməsinə icazə verilsin, qarşımda heç bir süni əngəl olmasın, ertəsi gün bazarda, marketdə toyuğun qiyməti düşəcək. Bu, bütün mal və məhsullara aiddir. Mən sadəcə, primitiv bir misal çəkdim.

Biz dəfələrlə monitorinq aparmışıq. Məsələn, pomidorun qiyməti niyə 1.80-2 manatdır? Məhsulun maya dəyəri, logistika, gömrük xərcləri, marketdə, piştaxtada əlavə edilən qiymət, mənfəət ölçüsü, hamısını hesablamışıq, yenə də 2 manata gəlib çatmır. 30-40 faiz qalıq qalır. Deməli, burada konkret kimlərinsə mənfəəti, cibə gedəcək qiymət gözlənilir. Bu gün rahat bir şəkildə, heç bir ziyana uğramadan 1.20 qəpiyə sata biləcəkləri pomidorun qiymətinin üzərinə əlavə 30-40 qəpik də əlavə edirlər ki, kimsə əlavə gəlir əldə etsin.

Məsələ bu dərəcədə anlaşılandır. Ona görə də bu gün çörəkdən ƏDV-ni götürdük, sabah ətdən, balıqdan, toyuqdan, bunların heç bir faydası olmayacaq. Qiymətlər yenə qalxacaq, vətəndaş əziyyət çəkəcək, evinə normal bazarlıq edə bilməyəcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi