hia.az

Azərbaycan Prezidenti: “Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir”

210 dəfə baxılıb 14-09-2022, 17:23

Azərbaycan Prezidenti: “Atəşkəsin Ermənistan tərəfindən pozulması davam edir”


Prezident İlham Əliyev Azərbaycanın vəziyyətin sabitləşdirilməsi və gərginliyin aradan qaldırılması üçün zəruri addımlar atmasına baxmayaraq, əldə olunmuş atəşkəsin Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən deyib.

Dövlət başçısı bu genişmiqyaslı təxribatın məhz Ermənistan tərəfindən törədildiyini qeyd edərək buna görə bütün məsuliyyətin bilavasitə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Brüsseldə aparılmış müzakirələrin davamı olaraq sülh gündəliyini dəstəklədiyini vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi