hia.az

"Ukraynanın 4334 tankı məhv edilib" - Rusiya MN

183 dəfə baxılıb 17-08-2022, 18:56

"Ukraynanın 4334 tankı məhv edilib" - Rusiya MN


Müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 4334 tank və zirehli texnika məhv edilib.

Bunu Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Rusiya ordusunun Ukraynadakı hərbi ünsürlərə hücumlarını davam etdirdiyini bildirən Konaşenkov Ukrayna ordusunun “ciddi” itkilər verdiyini iddia edib.

Xerson bölgəsində 40 Ukrayna əsgəri və 10 xüsusi maşının məhv edildiyini bildirən Konaşenkov 95-ci Hava Hücum Briqadasına aid sursat anbarına yüksək dəqiqlikli silahla edilən hücumda 3000-dən çox topun məhv edildiyini, 30 əsgərin öldürüldüyünü iddia edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi