hia.az

Beyləqanda iki avtomobil toqquşdu - ölən var

174 dəfə baxılıb 30-07-2022, 16:25

Beyləqanda iki avtomobil toqquşdu - ölən var


Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Bünyadlı kəndi ərazisində rayon sakinləri R.Əliyevin idarə etdiyi “Ford” və O.Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində hər iki sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib, sərnişin Qasım Quliyev orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi